
Hindistanın Cammu və Kəşmir ştatında əldəqayırma bombanın partlaması nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb, 38 yaralı var.
Bomba ehtiyat polis qüvvələrinin konvoyu yolda olarkən işə düşüb. Partlayışdan sonra atəş səsləri eşidilib.
İnsidentə görə məsuliyyəti "Caiş-e-Məhəmməd" qruplaşmasının terrorçuları öz üzərinə götürüb.
Ümumilikdə konvoydakı 78 avtomobildə 2547 polis əməkdaşı olub.