Xəbər lentİ


ƏFQANISTAN MİLLİ ŞURASININ YUXARI VƏ AŞAĞI PALATALARI AZƏRBAYCANIN SUVERENLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR

11:25, 07.10.20
131
dunya
ƏFQANISTAN MİLLİ ŞURASININ YUXARI VƏ AŞAĞI PALATALARI AZƏRBAYCANIN SUVERENLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR Əfqanıstan Milli Şurasının Yuxarı Palatası və Aşağı Palatası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədikləri barədə bəyanatlar qəbul ediblər.
Hər iki Palatanın bəyanatında Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi hücumları qətiyyətlə pislənilir, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanır.
Əfqanıstan Milli Şurasının Yuxarı Palatası və Aşağı Palatası Ermənistanla Azərbaycan arasındakı hərbi toqquşmalar dövründə ermənilərin törətdikləri insanlıq əleyhinə cinayətlərlə bağlı, Azərbaycanın Xocalı şəhərinə və ümumiyyətlə, Dağlıq Qarabağ bölgəsinə dəymiş ziyanla bağlı dərin narahatlıqlarını ifadə edərək həlak olanları yaxınlarının kədərinə şərik olduqlarını bildirir, həmçinin bu hadisələrin günahkarlarının mühakimə olunmasını istəyirlər.
Bəyanatlarda vurğulanır ki, Əfqanıstan Milli Şurası BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin ən qısa zamanda icrasına çağırır və Azərbaycanla Ermənistan arasında problemin birdəfəlik həll olunmasını istəyir.

Fikirlər

 Oxşar xəbərlər: