Xəbər lentİ


Suriyada Türkiyə hərbçisi həlak olub

18:47, 05.05.22
26
dunya
Suriyada Türkiyə hərbçisi həlak olubTürkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında davam etdirdiyi "Zeytun budağı" antiterror əməliyyatı bölgəsində raket hücumu nəticəsində bir türk hərbçi həlak olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, hücum nəticəsində ağır yaralanan hərbçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hücumdan sonra Türkiyə ordusu bölgədə müəyyən edilmiş hədəflərə zərbələr endirib. Zərbələr nəticəsində azı 24 terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Nazirliyin məlumatına əsasən, antiterror əməliyyatı davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: