Xəbər lentİ


Zelenski BMT-nin baş katibi ilə "Azovstal"dan mülki şəxslərin təxliyəsini müzakirə edib

18:54, 05.05.22
22
dunya
Zelenski BMT-nin baş katibi ilə "Azovstal"dan mülki şəxslərin təxliyəsini müzakirə edibUkrayna prezidenti Volodimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşlə danışıq zamanı "Azovstal" zavodundan yaralıların təxliyyəsinə köməklik göstərməyi xahiş edib.
Bu barədə Ukrayna Prezidenti Ofisindən bildiriblər.
Bildirilib ki, dövlət başçısı Quterreşlə telefon danışığı olub, söhbət zamanı “Azovstal”dan vətəndaşların təxliyyəsinin birinci mərhələsi və bu istiqamətdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
V.Zelenski A.Quterreşi Azovstaldan 121 nəfərin təxliyə olunduğu birinci mərhələnin uğurla həyata keçirildiyi barədə məlumat verib və təxliyə əməliyyatının uğurla davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Dövlət başçısı Ukrayna vətəndaşlarının "Azovstal"dan təxliyyəsi istiqamətində göstərdiyi səylərə görə BMT-nin baş katibinə şəxsən minnətdarlığını bildirib. O, "Azovstal"dan bütün yaralıların çıxarılmasına kömək etmək istəyi ilə A.Quterreşə müraciət edib.

Fikirlər

 Oxşar xəbərlər: