
Çinin cənub-qərbindəki Çonqinq şəhərinin hava limanında göyərtəsində 122 nəfərin olduğu "Tibet Airlines" şirkətinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq alovlanıb.
Yerli KİV-lərə istinadla xəbər veririk ki, "Airbus A319" model təyyarənin göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub.
Hadisənin baş verdiyi Jiangbei Beynəlxalq Hava Limanının məlumatına görə, təyyarənin göyərtəsində olan 122 nəfər təxliyyə edilib.
Onların arasına 40 nəfərdən çox yüngül xəsarət alanların olduğu bildirilir.