Xəbər lentİ


Yaponiyada güclü qar səbəbindən 10 minə yaxın ev işıqsız qalıb

08:54, 22.12.22
54
dunya
Yaponiyada güclü qar səbəbindən 10 minə yaxın ev işıqsız qalıbSon günlər güclü qar yağdığı Yaponiyanın Niiqata prefekturasında ən azı 9800 ev işıqsız qalıb.
Bu barədə "Tohoku Electric" şirkəti bildirib.
Niiqatada bir neçə sürətli yol bağlandığından avtomobillərin hərəkəti çətinləşir. Bir sıra marşrutlarda qatarların hərəkəti də dayandırılıb. Bir neçə istiqamətdə qatarların hərəkəti də dayandırılıb. Yaponiya özünümüdafiə qüvvələri yolların təmizlənməsinə cəlb olunub.
Həmçinin Niiqatada qarın təsiri nəticəsində bir nəfərin öldüyü və beş nəfərin yaralandığı bildirilib.

Fikirlər

 Oxşar xəbərlər: