Xəbər lentİ


Qazaxıstanda yaşayış evində partlayış olub, 11 nəfər xəsarət alıb

11:53, 19.04.23
14
dunya
Qazaxıstanda yaşayış evində partlayış olub, 11 nəfər xəsarət alıbQazaxıstanın Janaozen şəhərində ikimərtəbəli yaşayış evində partlayış baş verib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, partlayış nəticəsində binanın girişi çöküb.
Bildirilir ki, partlayışda 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, binada qaz balonu partlayıb. Partlayışın səbəbi araşdırılır.

Fikirlər

 Oxşar xəbərlər: