Xəbər lentİ


Türkiyənin bu ərazilərində təbii qaz və neftin tapılma ehtimalı çox yüksəkdir - Fatih Dönməz

11:32, 31.05.23
30
dunya
Türkiyənin bu ərazilərində təbii qaz və neftin tapılma ehtimalı çox yüksəkdir - Fatih DönməzTürkiyədə yeni neft və qaz yataqları üçün 2023-cü ilin sonuna qədər kəşfiyyat xarakterli qazıntılar aparılacaq.
Bu barədə Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.
Nazir Dönməz onu da qeyd edib ki, ilin sonuna qədər Ordu şəhərində təbii qaz, Rizə şəhərində isə neft tapılma ehtimalı çox yüksəkdir.
Qeyd edək ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Bundan əlavə, aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də Qara dəniz qazının istismara verilməsi mərasimində təbii qazın əhaliyə 1 ay ərzində ödənişsiz veriləcəyini bildirib.

Fikirlər

 Oxşar xəbərlər: