Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yenidən prezident seçilməsi münasibətilə 19 ölkənin liderlərindən təbrik zəngləri gəlib.
Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Fəxrəddin Altun deyib.
Fəxrəddin Altun bu təbriklərin əhəmiyyətini vurğulayaraq, 100-dən çox ölkə və beynəlxalq təşkilatın rəhbərlərindən də yazılı təbriklərin gəldiyini qeyd edib.