Xəbər lentİ


Paşinyan erməni icması ilə görüşü ləğv etdi

15:33, 01.06.23
7
dunya
Paşinyan erməni icması ilə görüşü ləğv etdiAvropa Siyasi Birliyinin İkinci Sammiti üçün Moldovanın paytaxtı Kişinyova səfər edən Ermənistan baş naziri Nikol Paşinyan verdiyi qərarla diqqət mərkəzinə düşüb.
Paşinyan Kişinyovdakı erməni icması ilə görüşünü ləğv edib. Bu barədə “Hraparak” qəzetinə Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq məlumat verib.
Muşeqin sözlərinə görə, iclas iyunun 2-də keçirilməli idi. O qeyd edib ki, görüşün təxirə salınmasının səbəbi barədə məlumatı yoxdur.
Qeyd edək ki, Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammiti işinə başlayır. Kişinyovda həmçinin Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa Şurasının prezidenti və Azərbaycan prezidenti arasında beştərəfli görüşün də keçirilməsi nəzərdə tutulub.

Fikirlər

 Oxşar xəbərlər: