Xəbər lentİ


Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ay 550 milyon dolları ötüb

14:39, 06.06.23
55
dunya
Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ay 550 milyon dolları ötüb2023-cü ilin may ayında Türkiyə 554,4 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 67,8 faiz çoxdur.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin yanvar-may aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz artaraq 2 milyard dollara bərabər olub.” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 4,7 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Fikirlər

 Oxşar xəbərlər: