Xəbər lentİ


PA RƏSMİSİNDƏN İLGİNC İSMARIC: HANSI İCRA BAŞÇILARI MƏHKƏMƏLƏRƏ TƏZYİQ EDİR? – ÖZƏL SİYAHI

19:58, 14.02.17
520
gundem / sosial
PA RƏSMİSİNDƏN İLGİNC İSMARIC: HANSI İCRA BAŞÇILARI MƏHKƏMƏLƏRƏ TƏZYİQ EDİR? – ÖZƏL SİYAHI “Bildiyimiz kimi həbs qətimkan tədbirinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətidir. Bəzi hallarda icra hakimiyyəti orqanları tərəfindən məhkəmələrə həbs qətimkan tədbirlərinin seçilməsi məsələləri ilə əlaqədar təsir etmək cəhdləri ilə bağlı Prezident Adminstrasiyasına məlumatlar daxil olur”.

Bu fikirləri Prezident Administrasiyasının (PA) hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov müsahibəsində vurğulayıb.
PA şöbə müdiri qeyd edib ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti məhz bu kimi neqativ halların tam istisna olunması üçün məhkəmələrə həbsin seçilməsi ilə bağlı yalnız qanunun tələblərini rəhbər tutmalı olduqlarını xüsusi vurğulayıb.
F.Ələsgərov rəsmi müsahibəsində üstüörtülü şəkildə qeyd edib ki, icra hakimiyyəti başçıları məhkəmələrə təzyiq edir, onların hökmlərinə müdaxiləsi ilə öz istəklərini reallaşdırır. PA rəsmisi demək istəyib ki, icra başçıları özlərini məhkəmə hakimi kimi aparır.
Həqiqətən də bu hallara rast gəlinib və zaman-zaman mətbuata çıxıb. Hətta icra başçılarının istədikləri adamları həbs etdirməsi faktları da qeydə alınıb.
Məsələn, Zərdabın icra başçısı Lütfəli Babayev bir qadını tutdurmuşdu, İmişli icra başçısı da analoji addımı atmışdı. Gədəbəyin icra başçısı Ramiz Yediyarov da sahibkarı həbs etdirmişdi.
Bundan başqa, hökmlərə təsir edilib və PA rəsmisi də təsdiqləyib ki, rayonlardan məlumatlar gəlməkdədir. F.Ələsgərovun ismarıcı ondan xəbər verir ki, bu məsələlər araşdırılacaq.
Politika.Az-ın xəbərinə görə, icra hakimləri vətəndaşları məhkəməyə vermək, cərimələmək, yerlərdə iş adamlarını sıxışdırmaq və s. kimi özbaşınalıqlara da yol verir.
Fevralın 10-u prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.
Bu sərəncam böyük islahatların təməlidir və F.Ələsgərovun müsahibəsi də sərəncamdan irəli gəlir. Tezliklə on minlərlə ailə sevinəcək, körpələrin, gəlinlərin gözləri yollardan çəkiləcək, həbsxanalar yüngülləşəcək, dövlət büdcəmizə daxilolmalar artacaq.
Məhkəmə sahəsində də belə qətiyyətli addımlar atmağın vaxtı çatıb. Bəzi rüşvətxor və mənəviyyatsız hakimlərdən xilas olmaq, qanunsuz qərar qəbul edən hakimlərin dərhal uzaqlaşdırılması müxanizmi təcili hazırlanmalıdır.
İstənilən dövlətdə ən tez nəticələr verəcək islahat məhz məhkəmə sistemilə bağlıdır. Dövlət idarəçiliyindəki islahatların əsas zvenosu (həlqəsi) məhkəmə sistemidir.

Fikirlər

 Oxşar xəbərlər: