Xəbər lentİ


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə xanım Paşayeva

16:22, 29.11.17
1072
gundem / sikayetler
Azərbaycan  Respublikası Milli Məclisinin deputatı Qənirə xanım Paşayeva Hörmətli Qənirə xanım, sizi Tovuz rayon İbrahimhacılı kənd sakini Quliyeva Yasəmən Oruc qızı narahat edir.
Mənim 80 yaşım var. Heç kimsəm yoxdur. Atam böyük vətən müharibəsində həlak olub. Anam isə 30 il bundan əvvəl rəhmətə gedib. Onuda kənd sakinləri dəfn edib. Bütün bunları deməkdə məqsədim odur ki, mən köməksiz, əlil, gözdən zəlil adamam. Gözlərim tamam tutulub. Özüm özümü idarə edə bilmirəm. Xeyirxah qonşuların ümidinə qalmışam. Sovet hökuməti dağılandan bu günə qədər evimdə nə qaz nə işıq var. Vəhşi heyvan kimi uçub dağılmış mağara kimi bir yerdə yaşayıram. Azərbaycan  Respublikası Milli Məclisinin deputatı Qənirə xanım Paşayeva Bütün bunları deməkdə məqsədim o deyil ki, mənim evimi təmir edəsiniz. Sizdən yeganə xahişim odur ki, mənim gözümün əməliyyat olunmasına kömək edəsiniz. Çünki, gözlərim tamam tutulub. Özümdə 55 manat pensiya alıram. Bakıdan Tovuza gələn həkim briqadasına müraciət etdim. Lakin həmin qrupa rəhbərlik edən Firdovsi həkim məndən 500 manat pul istədi. Rayon səhiyyəsinin baş həkimi Paşa Muradovda onlardan xahiş etdi ki, mənim gözümü əməliyyat etsinlər. Lakin pulum olmadığına görə gözümü əməliyyat etmədilər. Həkimlər baxıb dedilər ki, 40 saniyəyə gözün açıla bilər.
Hörmətli Qənirə xanım yeganə ümidim sizədir, xahiş edirəm ki, mənim gözümün əməliyyat olunmasında mənə kömək edəsiniz. Çünki mən siziz seçiciniz olduğuna görə sizdən xahiş edirəm. Əlsiz ayaqsız adamlara kömək edirsiniz. Heç vaxt ailə həyatı qurmamışam. Ata yurdunda yaşayıram. Axı mənim həmişə ümidim göydə Allaha yerdə sizə olub.
Ona görə xahiş edirəm, imkan olanda mənim hansı acınacaqlı şəraitdə yaşamağımla maraqlanasınız.
Hörmətlə: Quliyeva Yasəmən Oruc qızı

Yasəməni dinlədi və qələmə aldı: Loğman

Azərbaycan  Respublikası Milli Məclisinin deputatı Qənirə xanım Paşayeva

Qənirə xanım,
bu sizin seçicinizin evidi,
əgər buna ev demək olarsa?!.

Fikirlər

 Oxşar xəbərlər: