Xəbər lentİ


Eldar Mahmudovun evində axtarış aparıldı: qutularla dollar, kilolarla brilyant...

17:21, 15.11.15
607
gundem
Eldar Mahmudovun evində axtarış aparıldı: qutularla dollar, kilolarla brilyant... Götürülən pullar və daş-qaş ekspertizaya göndərilib.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutu dolusu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb.
Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib.

Fikirlər

 Oxşar xəbərlər: