Təəssüf ki, o dövlət qanunlarına da məhəl qoymur.
Tovuz rayonunun Yanıqlı kəndində Əli müəllimin "Bəhrəmtəpə" restoranında vergidən yayınanlar kimə arxayındır? Yolun mühafizə zolağını və yaşıllıq zonasını zəbt edib orada restoran tikən Əli müəllim burada 50-ə qədər ağacı hansı əsasla kəsib.Restoranda kassa aparatından niyə istifadə olunmur? İşçilərin hamısı ilə əmək müqaviləsi belə bağlanmayıb. Deyilənə görə onu yüksək vəzifəli şəxslər, hətta icra hakimi səviyyəsində himayə edənlər var.
Dövlət qanunlarına əməl edilməyən özbaşına fəaliyyət göstərən bu restoranda əsl özbaşınalıqdır. Sahibkarlıq qanunlarına zidd fəaliyyət göstərən bu restoranda hər şey qanundankənardır.
Burada köhnə yeməklər od qiymətinə satılması azmış kimi müştəriləri təhqir etmək adi hal alıb. Bir dəfə yemək yeməyə gələnlər ikinci dəfə bura gəlmək istəmir. Çünki qiymətlər baha və münasib deyil. Bütün bunlar azmış kimi ofisiantlar müştəriləri təhqir etməkdən belə çəkinmirlər. Antisanitariya şəraitində fəaliyyət göstərən restoranın ətrafı əsl xəstəlik mənbəyidir. Keyfiyyətsiz yeməklərə etiraz edən müştəriləri Əlinin işçiləri təhqir etməkdən belə çəkinmirlər.
Özünü administrator kimi göstərən şəxs hətta müştərini döymək belə istəyib. Deyilənə görə onu dəfələrlə polisə veriblər. O isə nəticə çıxarmaq əvəzinə daha da əsəbiləşib müştəriləri hədələyir. Bu restoranda kassa aparatınm olmaması da müştəriləri ciddi narazı salır. Kassa çeki istəyəndə deyirlər ki, bizdə belə şey olmur. Biz vergi işçiləri ilə illik danışmışıq. İnanmaq istərdik ki, Vergilər Nazirliyi, Tovuz rayonunun əlaqədar təşkilatları və hüquq-mühafizə işçiləri Əlinin Bəhrəmtəpə restoranında qayda yarada biləcəklər.
Mövzunun davamı mütləq olacaq.