Xəbər lentİ


Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın İstanbulda görüşü gözlənilir

10:16, 25.10.21
4
gundem / siyaset
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın İstanbulda görüşü gözlənilir Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda görüşü gözlənilir.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter" hesabında paylaşım edib.
“Cənab Prezident Əliyevin “Qardaşım” dediyi zaman kimi nəzərdə tutduğunu hər kəs çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə - sabah, oktyabrın 26-sı Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik”, - deyə paylaşımda qeyd olunub.

Fikirlər

 Oxşar xəbərlər: