Xəbər lentİ


Deputat:“Nazirlərin Qubada villası var, həmin yolu görmürlər?”

16:15, 05.04.22
21
gundem
Deputat:“Nazirlərin Qubada villası var, həmin yolu görmürlər?” Milli Məclisin iclasında deputat Vahid Əhmədov Bakı-Quba yolunun təhlükəli olduğunu bildirib.
Vahid Əhmədov xatırladıb ki, parlamentin ötən iclasında Bakı-Quba yolundakı vəziyyətlə bağlı baş nazirə müraciət edib.
“Mən bundan sonra baş nazirlə (Əli Əsədov) və müavini ilə görüşdüm. Bir daha müraciət edirəm ki, Bakı-Quba yolu ya təmir edilsin, ya da alternativ yol istifadəyə verilsin.
“Artıq bu yoldan istifadə çətinləşib. Nazirlərin Qubada villaları var, məgər onlar həmin yolu gedəndə onu görmürlər?”, - deyə Vahid Əhmədov əlavə edib.

Fikirlər

 Oxşar xəbərlər: