Xəbər lentİ


Cinsi yolla keçən infeksiyalar

18:18, 08.04.22
20
gundem / sehiyye
 Cinsi yolla keçən infeksiyalar Sonsuzluğun səbəbinin müəyyən edilməsi üçün hər iki tərəf ən əsas ilkin müayinələrdən biri olan cinsi yolla keçən infeksiyalar müayinəsindən keçməlidir. Bu infeksiyalar əsasən bir insandan digərinə cinsi əlaqə zamanı (cinsi yolla) keçir.
- İnfeksiyalara düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalma ilə nəticələnir.
- Amma əgər müalicə olunmazsa və ya infeksiyaların müalicəsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilər.
*Bu fəsadlar arasında;
+ sidik yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri
+ kişilərdə impotensiya
+ kişilərdə və qadınlarda sonsuzluq və s. daha çox müşahidə olunur.
* Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər:
+ cinsi akt zamanı;
+ qeyri-steril tibbi alətlərdən istifadə ilə;
+ infeksiyaya yoluxmuş insanın qanı ilə kontaktda olduqda;
+ xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.
* Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri:
+ cinsi orqanlarda qaşınma və yandırma hissi;
+ çox tez-tez və ağrılı sidik ifrazı;
+ cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazı;
+ cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartı;
+ cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoralar, suluqlu qabarcıqlar və sızanaqlar;
+ limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;
+ qadın və kişilərdə - qarının aşağı hissəsində ağrılar olması;
+ qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrı;
+ qadınlarda aybaşı arası dövrdə uşaqlıq yolundan qan qarışıq ifrazat.
- Cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini hiss edən zaman; Cinsi yolla keçən infeksiyalar

* Qadınlar-Ginekoloqa

* Kişilər- Uroloq-androloqa və ya dermatoveneroloqa müraciət etməlidir.

Fikirlər

 Oxşar xəbərlər: