Xəbər lentİ


Türkiyə prezidenti Yunanıstana xəbərdarlıq edib

11:27, 10.06.22
74
gundem / siyaset
Türkiyə prezidenti Yunanıstana xəbərdarlıq edibTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Afinanı beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa və “hərbisizləşdirilmiş zona” statusuna malik adalarda silah yerləşdirməkdən imtina etməyə çağırıb.
İzmirdə keçirilən “Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxış edən dövlət başçısı qonşu Yunanıstanın təxribatçı və aqressiv hərəkətləri ilə bağlı Egey və Şərqi Aralıq dənizindəki gərginliyə diqqət çəkib.
"Türkiyə Egey bölgəsindəki hüquqlarından geri çəkilməyəcək və adaların “demilitarizasiyası” məsələsində beynəlxalq razılaşmalar əsasında bütün addımları atmağa hazırdır. Adalarda silah yerləşdirməyi dayandırın! Mən zarafat etmirəm!", - R.T.Ərdoğan qeyd edib.
Türkiyə lideri, həmçinin ölkənin müasir dövrdə üzləşdiyi çağırışlara da toxunub.
"Ölkəmiz terror təşkilatlarına qarşı uğurla mübarizə aparır, eyni zamanda qeyri-qanuni miqrasiyaya qarşı fəaliyyət göstərir.
Suriyada İŞİD terrorçularına qarşı döyüş meydanında mübarizə aparan Türkiyə idi ki, digər dövlətlər təhdidlər haqqlnda yalnız sözlə bəyan edirdi", - dövlət başçısı qeyd edib.

Fikirlər

 Oxşar xəbərlər: