Xəbər lentİ


Abşeron Suvarma Sistemləri İdarəsində talan və ya inanılmaz korrupsiya.

15:52, 08.04.16
1393
gundem / sosial
Abşeron Suvarma Sistemləri İdarəsində talan və ya inanılmaz korrupsiya.Abşeron Suvarma Sistemləri İdarəsində necə həyata keçirilir?
Yusif Ələsgərov Əhməd Əhmədzadənin yerinə keçə biləcəkmi?
O bu vəzifəni tutmaq üçün sədrin köməkçisi ilə danışıqlar aparır?
Saytımıza məlumatverən mənbə deyir ki, idarənin rəisi Yusif Ələsgərov olsada pul işinə qardaşları başçılıq edir.
Vaxtılə "Bakıelektrikşəbəkə”dən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qovulan Yusif Ələsgərov Abşeron Suvarmaya necə rəis təyin olundu?
İdarədən oğurlanan motorlar və ehtiyat hissələri haqda polisə niyə məlumat verilməyib?
İdarənin baş mühasibi Yusif müəllimlə hansı işlər bağlayır
İdarədə çox adam işə gəlmir. İdarəni təmir vaxtı Yusif Ələsgərov təsadüfi adamlarm adını işçi kimi göstərib və onların adına xeyli vəsait mənmsəyib. Xüsusilə bir çox qohumlarının adları maaş cədvəlində gedib. Su nasos stansiyasında və digər yerlərdə isə onların əvəzinə başqa adam işləyir. Arxların və kanalların lildən və zibildən təmizlənəsi adı ilə 100 minlərlə manat mənimsənilir.
Şikayətçilər bildirirlər ki, Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov, qardaşları və qohumları talayır.
Suvarma Sistemləri İdarəsi yerdə qalan vəsait isə su arxlarının və kanallarının təmizlənməsi adı altında sənədləşdirilərək Suvarma Sistemləri İdarəsinin müdiri Yusif Ələsgərovun və baş mühasibi tərəfindən mənimsənildiyi iddia olunur.
Apardığımız araşdırma zamanı mənbənin verdiyi məlumata əsasən, təkcə Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərovun suvarma pullarından aylıq gəliri 20 min manatdan artıqdır. Bundan başqa, ötən il Yusif Ələsgərov Suvarma Su Kanallarının üstündə tikilən nasos stansiyaları və yarımstansiyaları. Binalarının təmiri əməliyyatından külli miqdarda vəsait əldə etdiyi bildirilir.

Fikirlər

 Oxşar xəbərlər: