Ölkədə qeydiyyata düşmüş avtomobillərin sayı 1 milyon 340 minə çatıb
Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 31.028 vahid artması (1.339.568 vahid) fonunda yol-nəqliyyat hadisələrinin, qəzalarda ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.Bu gün Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, bu müsbət nəticəni şərtləndirən əsas amillərdən biri yol hərəkətinə nəzarətin gücləndirilməsi olub. Belə ki, 2014-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 7,5 faiz çox olmaqla 2.531.843 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 2,5 faiz çox, sürət həddinin aşılması ilə əlaqədar 15,3 faiz çox, qəza şəraiti yaratma ilə bağlı 40,5 faiz çox fakt müəyyən olunub.