Xəbər lentİ


Prezident İlham Əliyev: "Lazımsız və bir-birlərini təkrar edən idarələr bağlanmalıdır"

16:06, 08.04.16
3041
gundem / sosial
Prezident İlham Əliyev: "Lazımsız və bir-birlərini təkrar edən idarələr bağlanmalıdır"Prezident İlham Əliyev deyib ki, lazımsız və bir-birlərini təkrar edən idarələr bağlanmalıdır, belə idarələrdə işləməyənlərə əmək haqqı yazılır və kimlər tərəfindənsə mənimsənilir.
Təəssüf ki, Prezident İlham Əliyevin qeyd etdiyi belə hallar Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində daha çox təsadüf olunur. Meliorasiya və Su Təsərrrüfatı ASC-nin bir çox idarələri, hidroqovşaqları, eləcə də melioserviz idarələri kimə və nəyə gərəkdir? Belə havayı maaş alan idarələrə isə Əhməd müəllimin köməkçisi Ramiz müəllim Cəfərov havadarlıq edir.
Konkret olaraq deyək ki, Ağstafa Hidroqovşaq İdarəsi kimə lazımdır? Bir haldakı bu idarədə filan qədər işçi havayı maaş alır. İdarənin rəisi Yusif Nəsibov günün çox hissəsini isti kabinetində oturub televizorun pultu əlində isti çaydan içib özü üçün istirahət edir. İdarənin fəaliyyətsizliyi ilə bağlı sual verən jurnalistlərə isə Y.Nəsibov cavab vermək əvəvzinə sual verir ki, sən bilirsən kar samit nədir, cingiltili sait nədir?
Digər tərəfdən bir haldakı qışın qış vaxtı Ağstafa çayında su yoxdursa bu hidroqovşaq adı ilə dövlətin pulunu mənimsəmək kimə və nəyə lazımdır? Əgər məqsəd Yusif Nəsibovu varlandırmaqsa bunu başqa yolla da etmək olar. Ancaq dövlətin vəsaitini talamaq qətiyyən yolverilməzdir.
Bu hidroqovşaqların istismar idarələrində və melioserviz idarələrində israfçılıq baş alıb gedir, dövlət büdcəsi talan edilir. Melioserviz idarələrinin qapıları bir qayda olaraq bağlıdır. Məsələn Beyləqan Melioserviz İdarəsinin rəisi Nadir Əliyev çoxdan pensiyada olan bir şəxsdir. İdarədə onu tapmaq çox müşkül blr məsələdir. Çünki sağlamlığı işə gəlməsinə imkan vermir. Təkcə bu idarədə dövlətin nə qədər vəsaiti talan edilir. Eləcə də digər melioserviz idarələri də onun kimi.
Bərdə melioserviz idarəsinin qapısı bir qayda olaraq bağlı olur. Di gəl kağızlara bax gör bu melioservlz idarəsindən nə qədər işçi havayı maaş alır? Suvarma idarələri onlara, yəni melioserviz idarələrinə slfariş verəndə onlar iş görürlər, verməsələr boş otururlar. Digər tərəfdən həmin işləri suvarma idarələri istəyəndə özləri görürlər. Əgər həmin işlər görülürsə meliserviz idarələrinə nə ehtiyac var?
Qazax Melioserviz İdarəsinin rəisi Ərəş müəllimin 77 yaşı var. Bu yaşda adam normal iş fəaliyyəti göstərə bilərmi?
Təəssüf ki, bu idarədə də dövlət əmlakının israf edilməsi adi hal alıb. Üstəlik dövlətin bir "Niva"sı da bu ağsaqqala xidmət edir, hələ katibəsi də var. Ərəş müəllim deylr ki, Abbas Göyüşov bizə iş versə, işimiz olur, verməsə boş otururuq. Bizcə əlavə şərhə ehtiyac yoxdu.
Görəsən bu özbaşınalığı Əhməd Əhmədzadə niyə görmür? Bu idarələrin bəzilərindən oğurlanan ehtiyat hissələri və yanacaq haqda polisə belə məlumat verilməyib? Bu hadisəni gizlətməkdə məqsəd nədir? Kağız üzərində fəaliyyət göstərən belə idarələrin dövlətə vurduğu ziyan nə qədərdir?
- Ağstafa Hidroqovşaq İdarəsində xeyli maşın-mexanizmlər var ki, onlar da deyilənə görə şəxsi məqsədlər üçün istifadə olunur. Onlardan neçəsi saz vəziyyətdə, neçəsi silinmək üzrədir?
- Onlara ayrılan yanacaq və ehtiyat hissələri haradan və hansı qiymətə alınır? Bu idarələr nə qədər yanacaq alır və onu necə sllir, həmin yanacaqdan necə istifadə edlr? Bu zaıman yol verilən qiymət şişirtmələrinə görə kim günahkardır? Ehtiyat hissəsini satan, yaxud alan ?
- İdarənin nə qədər işçisi var, onların neçəsi işə gəlir, neçəsi gəlmir? İşə gəlməyənlərin pulunu kim alır? İşə gəlməyənlərin maaş kartı kimin cibində olur?
- Su nasosları və motorların təmiri üçün ayrılan vəsaitin çox hissəsini kimlər oğurlayır və s. və i.?
Bu mövzuda araşdırmalarımız davam edir.

Fikirlər

 Oxşar xəbərlər: