Xəbər lentİ


ALOVLU JURNALİST VƏ TƏƏSSÜBKEŞ İNSAN

01:48, 07.07.16
881
gundem / yazarlar
ALOVLU JURNALİST VƏ TƏƏSSÜBKEŞ İNSANBu günlərdə Azərbaycanın tanınmış qələm ustası, vətənpərvər insan, həmişə xalqı üçün min bir əziyyət çəkən, el-el, oba-oba, mahal-mahal gəzərək hər kəsin sevincini və dərdini mətbuat səhifələrinə çıxaran, doğma ölkəsi üçün daim şam tək əriyən, Respublikanın “Əməkdar Jurnalist”i Sərhəd Məmmədovun 70 illik yubileyi doğulduğu Qazax rayonunda qeyd edildi. Onun keçdiyi şərəfli yol heç də hamıya qismət olmayan bir yoldur. Bəlkə də çoxları bu yol üçün min cür əziyyət çəkmiş, Sərhəd Məmmədov dünyası kimi tanınmaq cəhdi ilə addımlamışdı. Lakin heç də nail ola bilməmişlər. Çünki onun özünə məxsus dəsti-xəttini yalnız özü gedə bilər.

O, bir dağdı, çinar ağacıdı.

İstedadlı qələm ustası Sərhəd Məmmədov, eyni zamanda gözəl insan və saf qəlbli bir varlıqdır. Yazdığı mindən çox mqalələri həmişə həyatla səsləşmiş, dərdli-sərli və sevincli insanların qəlbini sərin su kimi oxşamışdır.

Sərhəıd Məmmədov yadda qalan insanlardandır. Haqlı olaraq Prezident İlham Əliyev onun çoxillik əmək fəaliyyətini qiymətləndirərək ötən il ona “Əməkdar Jurnalist” adı vermişdir.

Sərhəd Məmmədov həm də bir yazıçı kimi də tanınmışdır. Onun erməni vəhşiliklərinin qurbanına çevrilmiş doğulduğu Əskipara kəndi haqqında yazdığı “Viran qalmış yurd yerləri” kitabı ən dəyərli əsərdir. Sərhəd Məmmədov özünün 70 illik yubileyinə həsr etdiyi “Ömürdən yarpaqlar” kitabında isə müəllifin həyat və fəaliyyəti, bir neçə məqalə, felyetonu və dostların təbrikləri öz əksini tapmışdır.

…Nə qədər zaman var, Sərhəd Məmmədov var! Nə qədər söz, mətbuat var, Sərhəd Məmmədov var! Çünki, o əsl jurnalistdi, əsl insandı, əsl varlıqdı.

Biz də redaksiya əməkdaşları olaraq bu gözəl qələm sahibinə can sağlığı, uzun ömür və yeni –yeni yaradıcılıq illəri arzulayırıq!

Fikirlər

 Oxşar xəbərlər: