Xəbər lentİ


Xəzərdəki qəzada ölən neftçilərdən sonuncusunun meyiti tapıldı

14:20, 22.08.17
407
hadise
Xəzərdəki qəzada ölən neftçilərdən sonuncusunun meyiti tapıldı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən sonuncu neftçinin meyiti tapılıb.
Operator işləyən, Qaradağ rayonu, Ələt qəsəbəsi sakini Əsədov Samir Atabala oğlunun meyiti avqustun 18 – i saat 18:10 – da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilib.
«Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979 – cu il təvəllüdlü Samir Əsədovun meyiti ailəsinə təhvil verilib. O, bu gün Ələtdə dəfn ediləcək.
Dövlət Dəniz Administrasiyasından xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, S.Əsədov 3 uşaq atasıdır. Bir övladı 6-cı, biri isə 4-cü sinifdə oxuyur. Digəri məktəbə getmir.
Dövlət Dəniz Administrasiyasından verilən məlumata görə, meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu idi.
Bununla da, itkin düşən neftçilərin hamısı Qərargahın həyata keçirdiyi Axtarış – Xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verilib və axtarış – xilasetmə əməliyyatlarına yekun vurulub.

Fikirlər

 Oxşar xəbərlər: