Xəbər lentİ


Yük avtomobili qaz xəttinin üzərinə aşdı

11:53, 04.02.21
160
hadise
Yük avtomobili qaz xəttinin üzərinə aşdı Sabirabadda yük avtomobili qaz xəttinin üzərinə aşıb.
Hadisə Sabirabad rayonunun Xankeçən kəndində qeydə alınıb.
60 ton qarğıdalı toxumu ilə yüklənmiş “MAN” markalı, 99 XB 360 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili sərt döngədə aşıb. Nəticədə kəndə gedən qaz xətti zədələnib və avtomobildə olan yük yerə dağılıb. Sözügedən əraziyə təbii qazın verilişi dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: