Xəbər lentİ


Qazaxda narkotik alverçisi saxlanılıb

11:49, 29.10.21
15
hadise
Qazaxda narkotik alverçisi saxlanılıb Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Mahal Əliquliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və oradan müxtəlif bükümlərdə narkotik vasitə olan, “heroin”, “metamfetamin” və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: