Xəbər lentİ


Sumqayıtda zavodda partlayış olub, ölən var

18:56, 05.05.22
10
hadise
Sumqayıtda zavodda partlayış olub, ölən varSumqayıtda zavodda partlayış olub.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: