Xəbər lentİ


Bərdədə qadından külli miqdarda heroin götürülüb

15:39, 12.05.22
4
hadise
Bərdədə qadından külli miqdarda heroin götürülübBərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şəlalə İsmayılova saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, Ş.İsmayılova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fikirlər

 Oxşar xəbərlər: