
44 günlük Vətən müharibəmiz, biz Azərbaycanlıların necəcəsur olduğunu bir daha bütün dünyaya isbat elədi. Bu haqq savaşında öz qəhrəmanlıqları ilə tarix yazan, şəhid və qazi olan mərd oğullarımız hər zaman baş tacımızdır. Belə cəsur və vətənini canından daha çox sevənlərdən biri də şəhid Elnur Bayramovdur.Elnur Bayramov 1992-ci il, yanvarın 25-də İmişli rayonunun Şahverdili kəndində dünyaya göz açıb. Orta təhsilini İmişli rayon Şahverdili kənd tam orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə gedib.
Ordumuzun əsgəri,Elnur Bayramov Vətən Müharibəmizdə Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Şuşanın Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı isə şəhid olub.
Müharibə bitdiksən sonra, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bayramov ölümündən sonra"Vətən uğrunda"medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elnur Bayramov ölümündən sonra "Xocavəndin azad olunmasına görə"medalı ilə təltif edilib.
Ruhu şad olsun, şəhizimizi, böyük ehtiramla yad edirik. Elnurun timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Məkanınız cənnətdir İnşallah...
Hazırladı: Bünyamin Bünyadzadə