Xəbər lentİ


Ucarda 45 yaşlı kişini qatar vurub öldürməsi ilə bağlı cinayət işi başlandı

15:38, 22.06.22
7
hadise
Ucarda 45 yaşlı kişini qatar vurub öldürməsi ilə bağlı cinayət işi başlandıUcar Rayon Prokurorluğu rayon ərazisində qatarın adam vurması ilə bağlı məlumat yayıb.
Rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bakı-Tbilisi dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Fikirlər

 Oxşar xəbərlər: