Xəbər lentİ


Ağacların qanunsuz kəsilməsi ilə təbiətə 38 min manatdan çox ziyan dəyib

08:37, 19.10.22
127
hadise
Ağacların qanunsuz kəsilməsi ilə təbiətə 38 min manatdan çox ziyan dəyibDövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Ağcabədi, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi, zədələndiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı təbiətə ümumilikdə 38970 manat məbləğində ziyan dəydiyi məlum olub.
“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Fikirlər

 Oxşar xəbərlər: