Xəbər lentİ


Evinin qarşısında qumar mərasimi təşkil edən şəxslər aşkarlanıb

08:36, 22.12.22
28
hadise
Evinin qarşısında qumar mərasimi təşkil edən şəxslər aşkarlanıbEvinin qarşısında qumar mərasimi təşkil edən şəxslər aşkarlanıb.
Dİn-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub.
S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Qərara əsasən 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.

Fikirlər

 Oxşar xəbərlər: