Xəbər lentİ


Saatlıda karxana sahibinə cinayət işi başlandı

08:20, 23.12.22
26
hadise
Saatlıda karxana sahibinə cinayət işi başlandıSaatlı rayonunda fəaliyyət göstərən karzxana sahibi barədə cinayət işi başlanıb.
Saatlı Rayon Prokurorluğundan verilən məlumata görə, Saatlı rayonu ərazisində yerləşən “Hacıqasımlı” (Kamallı-III) qum yatağında qanunsuz hasilat aparılması barədə müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Bakı şəhər sakini olan fərdi sahibkar Rasif Məmmədova məxsus karxana tərəfindən müvafiq qaydada ayrılmış istismar sahəsindən kənarda 2,19 ha ərazidə qum hasilatı aparılması nəticəsində ümumilikdə 551.800 manat məbləğində ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakt görə Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: