
Mayın 15-də Bakı şəhər sakini olan qadının bank kartından 364 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı qadın Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.