Xəbər lentİ


Rusiyanın dünyada axtardığı “təhlükəli cinayətkar” Bakıda tutuldu

18:15, 06.06.24
7
hadise
Rusiyanın dünyada axtardığı “təhlükəli cinayətkar” Bakıda tutulduRusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda saxlanılıb.
36 yaşlı Fuad Rzayev Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinir.
Rusiya hüquq-mühafizə orqanları F.Rzayevi “təhlükəli cinayətkar” qismində təqdim edərək barəsində dövlətlərarası axtarış elan edib. F.Rzayev Rusiya sərhədlərini tərk etdiyi üçün onun saxlanılması barədə Azərbaycan hüquq-mühafizə orqanlarına da sorğu göndərilib.
Azərbaycan polisinin Rusiya tərəfinin sorğusu əsasənda həyata keçirdiyi araşdırmalar zamanı F. Rzayevin Bakı şəhərində olması müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində F.Rzayev saxlanılaraq istintaqa təhvil verilib.

Fikirlər

 Oxşar xəbərlər: