Xəbər lentİ


Şirkətə məxsus avtomobil körpüdən aşdı

14:24, 15.03.16
487
hadise
Şirkətə məxsus avtomobil körpüdən aşdı Bərdə rayonunda ağır yol qəzası baş verib. Mingəçevir-Bəhramtəpə yolunun 53-cü kilometrliyində 1982-ci il təvəllüdlü Aslanov Ceyhun Şahlar oğlunun idarə etdiyi "Ford Connect" markalı 90 JX 106 dövlət qeydiyyat nişanlı avtomobil körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin 1967-ci il təvəllüdlü Ağayeva Mədinə Əvəz qızı ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, avtomobil destrübüter şirkətlərdən birinə məxsus olub.

Fikirlər

 Oxşar xəbərlər: