Xəbər lentİ


"Real" "Barselona"nın rekordunu yenilədi

15:29, 02.03.17
378
idman
"Real" "Barselona"nın rekordunu yenilədi İspaniya La Liqasının 25-ci turunda "Las Palmas"la oyun "Real" üçün əlamətdar olub.
Madrid klubu bu görüşdə heç-heçə etməyinə baxmayaraq, yeni rekord müəyyənləşdirib.
"Real" bu matçda ardıcıl 45-ci matçda rəqib qapısına yol tapmağa müvəffəq olub. Bununla Zinəddin Zidanın komandası 1942-1944-cü illərdə ardıcıl 44 qarşılaşmada qol vuran əzəli rəqibi "Barselona”nın rekordunu yeniləyib.
Qeyd edək ki, "Real" – "Las Palmas" matçı 3:3 hesabı ilə başa çatıb.

Fikirlər

 Oxşar xəbərlər: