Xəbər lentİ


Sərbəst güləşçilərimiz Xorvatiyada dörd medal qazanıblar

14:12, 03.02.23
88
idman
Sərbəst güləşçilərimiz Xorvatiyada dörd medal qazanıblarSərbəst güləşçimiz Hacı Əliyev (70 kq) Xorvatiyada keçirilən "Zaqreb Open" turnirini gümüş medalla başa vurub.
Titullu idmançımız həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyama məğlub olub.
H.Əliyev dörddəbir finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib.
Hacı Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə ediblər.

Fikirlər

 Oxşar xəbərlər: