
Bu gün futbol üzrə İtaliya Kubokunun 1/4 final mərhələsində "Yuventus" və "Latsio" klublarının qarşılaşması baş tutub.
Turində keçirilən qarşılaşma "Yuventus"un minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolu 44-cu dəqiqədə Bremer vurub.
Beləliklə, Yuventus İtaliya Kubokunun yarımfinal mərhələsinə yüksəlib. Yarımfinalda "Yuventus" "İnter"lə qarşılaşacaq.