Xəbər lentİ


Qvardiola "Mançester Siti"nin Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib

15:28, 28.05.23
39
idman
Qvardiola "Mançester Siti"nin Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının yarımfinalında "Real Madrid"ə 4:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra hisslərini bölüşüb.
Bu barədə "BBC" telekanalı məlumat yayıb.
"Evdə inanılmaz rahatlıq hiss edirik. Çempionlar Liqasının finalına çıxanda bunu qeyd etmək lazımdır. Təəssüf ki, vaxtımız olmayacaq, çünki bazar günü Premyer Liqanı qazana bilərik. Sabah ailələrimizin yanında olacağıq, sonra matça hazırlaşacağıq.
Bu gün ilk dəqiqədən bizdə hiss olunurdu ki, futbolçular hazırdır. Heç bir gərginlik və ya narahatlıq hiss etmədim", - deyə P.Qvardiola bildirib.
Xatırladaq ki, "Mançester Siti" UEFA Çempionlar Liqasının yarımfinalının cavab matçında "Real Madrid"i darmadağın edib (4:0). İlkin oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Beləliklə, "Mançester Siti" turnirin finalına yüksəlib.
İyunun 10-da İstanbulda keçiriləcək finalda "Mançester Siti" İtaliyanın "İnter" klubu ilə qarşılaşacaq.

Fikirlər

 Oxşar xəbərlər: