Xəbər lentİ


"Valensiya" futbol klubu irqçi təhqirlərə görə 45 min avro cərimələnib

11:30, 31.05.23
27
idman
"Valensiya" futbol klubu irqçi təhqirlərə görə 45 min avro cərimələnibİspaniya Kral Futbol Federasiyasının (RFEF) Rəqabət Komitəsi "Valensiya" klubunu azarkeşlər tərəfindən "Real Madrid"in braziliyalı futbolçusu Vinisiusa qarşı irqçi təhqirlərə görə 45 min avro cərimələyib.
Bu barədə "RFEF"in mətbuat xidməti bildirib.
Komitə, həmçinin "Valensiya"ya qarşı "Mestalya" stadionunun cənub tribunasını bağlamaq şəklində sanksiyalar tətbiq edib və Vinisiusun qırmızı vərəqəsini ləğv edib.
Mayın 21-də "Real" səfərdə "Valensiya"ya 0:1 hesabı ilə uduzub. Oyundan əvvəl və matç zamanı azarkeşlər Vinisiusun ünvanına irqçi təhqirlər səsləndiriblər.

Fikirlər

 Oxşar xəbərlər: