Xəbər lentİ


Şahmatçılarımız Almaniyanı məğlub etdi

13:51, 20.11.23
33
idman
Şahmatçılarımız Almaniyanı məğlub etdiMonteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun oyunları keçirilib.
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Monteneqronu məğlub edib.
Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb. Nicat Abasovla Vasif Durarbəyli qələbə qazanıb. Yekunda yığma 3-1 hesablı qələbəni aktivinə yazdırıb.
Qadın şahmatçılardan ibarət kollektiv isə Almaniya ilə üz-üzə gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurub. Birinci lövhədə Günay Məmmədzadənin Elizabet Petsi məğlub etməsi Azərbaycan komandasına 2,5-1,5 hesabı ilə qələbə qazandırıb.
V turdan sonra kişilərdən ibarət milli komanda 6 xalla 9-cu yerdədir. 9 xalı olan Azərbaycan və Fransanın qadın şahmatçılardan ibarət komandası turnir cədvəlinə başçılıq edir.
Bu gün Avropa çempionatında istirahət günüdür. Noyabrın 17-də keçiriləcək VI turda kişilərdən ibarət Azərbaycan yığması Yunanıstanla, qadın şahmatçılar isə Bolqarıstanla mübarizə aparacaq.

Fikirlər

 Oxşar xəbərlər: