Xəbər lentİ


Azərbaycan nefti bahalaşıb

11:03, 25.02.21
163
iqtisadiyyat
Azərbaycan nefti bahalaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 24-də 66,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,64 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,64 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel çoxdur.

Fikirlər

 Oxşar xəbərlər: