Xəbər lentİ


Azərbaycan neftinin qiyməti 136 dollara çatır

11:26, 09.03.22
46
iqtisadiyyat
Azərbaycan neftinin qiyməti 136 dollara çatır CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 8-də 135,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,28 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 134,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,64 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 103,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,38 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 137,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,59 dollar/barel çoxdur.

Fikirlər

 Oxşar xəbərlər: