Xəbər lentİ


Bakı metropoliteninin ikinci yerüstü stansiyasında tikinti və quraşdırma işləri başa çatıb

08:15, 23.12.22
26
iqtisadiyyat
Bakı metropoliteninin ikinci yerüstü stansiyasında tikinti və quraşdırma işləri başa çatıbBakı metropoliteninin "Xocəsən" elektrik deposu və eyniadlı yerüstü stansiyasında tikinti və quraşdırma işləri tam başa çatıb.
Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda stansiya və depo ərazisində tənzimləmə və sınaq işləri görülür.
"Hazırda stansiya və depoda inşaat işləri tam yekunlaşıb. Quraşdırma, sazlama, tənzimləmə və infrastrukturla bağlı məsələlərin tam əksəriyyəti həllini tapıb. Hazırda sınaq və tənzimləmə işləri aparılır. Zəruri yerlərdə texnoloji proseslərə uyğun olaraq sazlanma işləri davam etdirilir".
Xatırladaq ki, "Xocəsən" elektrik deposu və "Xosəsən" yerüstü metro stansiyasının ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Fikirlər

 Oxşar xəbərlər: