Xəbər lentİ


Türkiyənin energetika və təbii ehtiyatlar naziri Bakıya gəlir

14:15, 03.02.23
88
iqtisadiyyat
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Bakıya gəlirTürkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz Azərbaycana səfər edəcək.
Türkiyəli nazir Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak edəcək.
F. Dönməzin iclasda Türkiyənin enerji ticarət mərkəzi hədəfində çatdığı son nöqtə ilə bağlı məlumat paylaşacağı nəzərdə tutulur.
Qeyd edək ki, fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.

Fikirlər

 Oxşar xəbərlər: