Xəbər lentİ


Kənd təsərrüffatı inkişaf etməsə ərzaq təhlükəsizliyi təmin olunmayacaq - Xaliq Məmmədov

11:07, 31.05.23
34
iqtisadiyyat
Kənd təsərrüffatı inkişaf etməsə ərzaq təhlükəsizliyi təmin olunmayacaq - Xaliq Məmmədovİstənilən Azərbaycan rayonunun, regionunun böyük potensialı vardır. Təəssüf ki, ənənəvi yanaşma və köhnə postulatlar və doğmalaşmış fikirlər kəndə və kənd təsərrüfatına fayda əvəzinə gerilik, səmərəsiz təsərrüfatçıllq və gərginlik gətirməkdədir. Bu sahədə geniş dövlət dəstəyi verilməsinə, stimullaşdırma tədbirlərinin həyata keçirilməsinə, müxtəlif təcrübələrin tətbiqi ilə bağlı addımların atılmasına baxmayaraq real inkişaf nəticələri əldə edilməmişdir.
Bunu iqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu istiqamətdə mövqeyi olduqca aydın olmaqla, səmərəliliyi, yüksək texnologiya və məhsuldarlığı, dünya bazarına rəqabətcil məhsulların çıxarılmasını nəzərdə tutan geniş viziona əsaslanır. Lakin, uzun illər keçməsinə və belə aydın vizionun olmasına baxmayaraq yerli səviyyədə icra və resursların düzgün mobilizasiyası, yüksək dəyər yaradılması, ixrac qabiliyyətli məhsulların istehsalı mümkün olmamışdır.
"Əlavə dəyəri aşağı olan və yüksək dəyər yaradılmasını təmin etməyən kənd təsərrüfatı istehsalı həm istehsalçının, həm də ölkə üzrə istehsal resuslarının səmərəsiz istifadəsinə, geniş sahibkar kütləsinin və regionun müflisləşməsinə gətirib çıxarır.
Burada istisnalar olsa da, ümumən vəziyyətin bütün ölkə üzrə eyni olduğunu demək üçün istənilən rayonun potensialı ilə real vəziyyəti arasında kəskin fərqi xarakterik bütün sahələrin müqayisəsi ilə ortaya qoymaq mümkündür. Son illərdə geniş miqyaslı tədbirlər həyata keçirilməsinə baxmayaraq, məhsuldarlığın artımı, gəlirlərin yüksəldilməsi, səmərəli texnologiyaların tətbiqi, itkilərin aradan qaldırılması, ixrac qabiliyyətli məhsul istehsalının genişləndirilməsi, dayanıqlı və effektiv kənd təsərrüfatı istehsalının təşkili üzrə əsas göstəricilər ürəkaçan səviyyədə deyildir", - deyə o, əlavə edib.
Onun sözlərinə görə, bu vəziyyət heyvanların baş sayı və çəkisində də demək olar ki, eynidir. Baxmayraq ki, əkinçilik və heyvandarlıq, nəqliyyat parkının yenilənməsi, gübrə və pestisid təminatı, toxum və damazlıq, dəymiş ziyanın sığortalanması və s. kimi mühüm xidmətlərin geniş tətbiqi aparılsa da yüksək nəticə əvəzinə, yeni problemlər və aşağı göstərici mənzərəsini alırıq.
"Belə ki, 2015-ci illə müqayisədə 2023-cü ildə ölkə əhalisinin gündəlik təlabatında mühüm yer tutan kartofun məhsuldarlığı Tovuz rayonu qzrə artmaq əvəzinə 1 ha üçün 12-14 tonu keçmir ki, bu da dünya üzrə göstəricilərlərdən dəfələrlə azdır. Bu eyni ilə taxılın, eləcə də bütün dənli bitkilərin, digər əkinçilik məhsullarının məhsullarlığı üzrə ciddi şəkildə dəyişmir. Əslində isə bu məhsulların istehsalı üçün resurslar müəyyən istisnalar olmaqla eynidir. Lakin bu xərclərin müqabilində aşağı məhsuldarlıq, keyfiyyətli məhsul yığımı, çeşidlənməsi, qablaşdırılması, saxlanması, nəqli və satışı üzrə diletant və qeyri peşəkar yanaşma nəticəsində uğursuz kənd təsərrüfatı ifadəsi ilbəil daha da haqq qazanmağa başlayır.Təhlillər göstərir ki, Bərdə əhalisi 2015-ci ilə (152,7 min nəfər) münasibətdə 6,2 min artaraq 2021-ci il də 158,9 min nəfərə, həmin ildə iqtisadi fəal əhalinin sayı isə 2015-ci ildəki 75,6 min nəfərdən 2021-ci ildə 81,6 min nəfərə yüksəlmişdir. Məşğul əhalinin sayı 2015-ci il üçün 71,9 min nəfərdən, 2021-ci ildə 77,.3 min nəfərə qədər artmışdır", - deyə o, əlavə edib.
X.Məmmədov bildirib ki, Bərdə rayonunda pərakəndə ticarət dövriyyəsi 2015-ci il üçün 296420,6 min manat, 2021-ci il üçün isə 478282,0 min manat, bu rəqəm 2015-ci ildə bir nəfər üçün 161,77 manat, 2021-ci il üçün isə 250,83 manat olmuşdur.
"Dənlilər və dənli paxlalı bitkilərə gəldikdə isə 2015-ci ildə 12134 ha-dan, 2021-ci ildə isə 1852 ha azalaraq 10282 ha olmuşdur. O cümlədən, payızlıq və yazlıq buğda 2015-ci il üzrə 8983 ha-dan azalaraq 2021-ci il üzrə 7400 ha olmuşdur. Kartofda bu illər ərzində 228 ha-dan azalaraq 122 ha olmuşdur.
Pambıq isə 2015-ci ildə 1162 ha olmasına baxmayaraq, 9,2 dəfə artaraq 2021-ci il də 10678 ha olmuşdur. Bu təbii ki, digər sahələrdə azalmanın və ya nisbi stabilliyin (əslində durğunluğun) yaranmasının səbəblərindən biri kimi meydana çıxır.
Ümumiyyətlə müqayisəli üstünlük metodu ilə məsələyə yanaşdıqda pambıq, taxıl və bu kimi birbaşa istehsalçısına aşağı gəlirlər nəticələnən davraniş və ya fəaliyyət vəd edən kulturalardan imtinanın daha doğru olduğu, ciddi kooperasiya və tədarük sxemi vasitəsi ilə geniş nəticələr əldə etmək mümkündür", - deyə o, əlavə edib.
Onun sözlərinə görə, dənlilər və dənli paxlalı bitkilərin istehsalı 2015-ci ildə 48786 tondan azalaraq 2021-ci ildə 47231 ton olmuşdur. O cümlədən payızlıq və yazlıq buğda 2015-ci ildə 37280 tondan 2021-ci ildə 33374 tona azalmışdır. Kartofda yuxarıda qeyd olunan illər üzrə öz növbəsində 2417 tondan azalaraq 1538 tona azalmışdır. Lakin pambıq bu illər ərzində 2015-ci ildə 3292 tondan 2021-ci ildə 29690 tona yüksəlsə də bu məhsuldarlıq hesabına deyil, əkin sahəsinin genişlənməsi hesabına olmuşdur.
"Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı kartof üçün 2015-ci ildə 106 sentner/ha-dan 2021-ci ildə 126 sentner/ha-ya yüksəlmiş, lakin pambıq 28,3 sentner/ha-dan 27,8 sentner/ha-ya azalmışdır.
İribuynuzlu mal-qaranın sayı, baş 2021-ci ildə artaraq 99536 baş olmuşdur ki, bu da təxminən 9288 baş artım deməkdir.
İnək və camışların sayı 2015-ci ildə 42042 başdan 2021-ci ildə 43805 başa yüksəlmişdir. Qoyun və keçilərin sayı azda olsa artaraq (265baş) 139665 başa yüksəlmişdir. Arı ailələrində isə yüksək artım müşahidə edilmiş 2015-ci ildə 1312 vahiddən 3.6 dəfə artaraq 2021-ci ildə 4802 vahidə yüksəlmişdir. Heyvandarlıq məhsullarının istehsalı ət (kəsilmiş çəkidə) 2015-ci ildə 9624 tondan 2021-ci ildə 12428 tona yüksəlmişdir. Süddə öz növbəsində 69047 tondan 86540 tona yüksəlmişdir", - deyə X.Məmmədov əlavə edib.
X.Məmmədov qeyd edib ki, bütövlükdə son illərdə subsidiya və güzəştlərin, dövlət dəstəyinin və Bərdə rayonun ənənəsi və geniş potensilaının fonuna bu göstəricilər heç də ürək açan deyildir. Digər tərəfdən statistikada artımların əks olunmasına baxmayaraq rayon üzrə yük daşınmalarının həcmi 1527 min tondan azalaraq 1011 min tona enmişdir.
"O zaman belə bir müəmma ortaya çıxır - bəs görəsən artan məhsul nəyin hesabına daşınmışdır?
Rayonda əsas fondların istifadəyə verilməsi, 99761,2 min manatdan,13087,5 manata düşmüşdür. Həyat səviyyəsi göstəricilərindən biri kimi, yaşayış evlərinin istifadəyə verilməsi də 68344, kv.m-dən 10800 kv.m-ə enmişdir. Bu da rayonda dayanıqılı və uzunmüddətli məskunlaşmanın perspektivinə diqqəti cəlb etməklə xüsusilə də kənd təsərrüfati ilə məşqul olan insanının gəlir və yaşayış şərtlərinin əlveişli olmaması səbəbindən yaşayış fondunun yaradılmasına vəsait ayırması çətinliyi və tərəddünü deməyə əsas verir.
Bu baxımdan regionların, o cümlədən rayonların əhalisinin gəlirlərinin artırılmasına şərait yaradacaq mühitin yaradılması, kənd təsərrüfatı işlərinin gəlirli və zövqlü bir məşğuliyyət olduğuna onların real faktlarla inandırılması olduqca vacibdir", - o qeyd edib.

Lalə Qəzənfər

Müəllifdən: Ümidvaram ki, mənim aktual mövzulardan ibarət müsahibələrim tənqidi kimi yox, real təhlillər kimi qəbul olunacaq və aidiyyati qurumlar və nazirliklər işlərinin istiqamətini daha professional tutmalıdırlar. Kənd təsərrüffatı inkişaf etməsə ərzaq təhlükəsizliyi təmin olunmayacaq.

Fikirlər

 Oxşar xəbərlər: