Xəbər lentİ


Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

11:20, 31.05.23
5
iqtisadiyyat
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıbYanvar-aprel aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 66,9 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinə istinadla xəbər verilir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 1,5 faiz artıb.
Hesabat dövründə əvvəlki ilin müvafiq ayları ilə müqayisədə ölçmə cihazlarının istehsalı 2 dəfə, stolüstü kompüterlərin istehsalı isə 4,4 dəfə çoxalıb.

Fikirlər

 Oxşar xəbərlər: