Xəbər lentİ


Azərbaycanda minatəmizləmə texnikası və zirehli geyimlərin istehsalı üçün vergi və gömrük güzəştləri tətbiq olunacaq

11:51, 31.05.23
42
iqtisadiyyat
Azərbaycanda minatəmizləmə texnikası və zirehli geyimlərin istehsalı üçün vergi və gömrük güzəştləri tətbiq olunacaqAzərbaycanda minatəmizləmə texnikası və zirehli geyimlərin istehsalı üçün vergi və gömrük güzəştləri tətbiq olunacaq.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
İşğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı 2023-cü il martın 1-dən 5 il müddətində vergi ödəməkdən azad edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Fikirlər

 Oxşar xəbərlər: