Xəbər lentİ


Azərbaycan-Özbəkistan birgə müəssisəsinə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib

11:00, 08.06.23
24
iqtisadiyyat
Azərbaycan-Özbəkistan birgə müəssisəsinə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilibAzərbaycan və Özbəkistanın birgə müəssisəsi olan “Azting” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşıb.
Nazir bildirib ki, şirkət aqroparkın 19,98 hektar ərazisində tut tingçilik təsərrüfatı yaratmağı nəzərdə tutur.
"İnvestisiya dəyəri 170 min manat olan layihənin icrası ilə 5 nəfər daimi, 50 nəfər mövsümi işlə təmin ediləcək", - deyə nazir qeyd edib.

Fikirlər

 Oxşar xəbərlər: